Ağdaş şəhəri ərazisində xətt avtobusunda G.Əliyevanın çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən S.Həsənova saxlanılmışdır
05.01.2021Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də şəhər ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.