Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.01.2021Yanvarın 4-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.