Gəncə şəhər sakini A.Kərimovdan kustar üsulla hazırlanmış lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron və 406 qram marixuana götürülmüşdü
04.01.2021Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini A.Kərimovdan kustar üsulla hazırlanmış lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron və marixuana götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən tüfəngin lüləsinin kəsiyi, qundağın kəsilmiş taxta hissələri və 406 qram marixuana aşkar edilərək götürülmüşdür.