Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Bayramovdan 500 qram, Buzovna qəsəbəsindəki evindən isə 1 kiloqram 655 qram heroin aşkar edilərək götürülmüşdür
04.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Bayramova Xəzər rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qram, Buzovna qəsəbəsindəki evindən isə 1 kiloqram 655 qram heroin aşkar edilərək götürülmüşdür.