Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba şəhər sakini O.Ərəbovun idarə etdiyi avtomobilə baxış zamanı oradan heroin və heroin məhlulu aşkar edilərək götürülmüşdür

04.01.2021

Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini O.Ərəbovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan heroin və heroin məhlulu aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş E.Cavadov da müəyyən edilərək saxlanılmışdır. Ondan 435 qram marixuana və 28 ədəd tramadol həbi götürülmüşdür.