Ssoyğunçuluq etməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ə.Behbudov saxlanılmışdır
11.12.2020Dekabrın 11-də saat 15 radələrində paytaxtın Yasamal rayonu ərazisində şəhər sakini S.Məmmədovanın çantasından içərisində pul, bank kartları və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürərək qaçan şəxs ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmışdır.
28-ci Polis Bölməsinə təhvil verilən şəxsin Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Behbudov olduğu müəyyən edilmişdir. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün saat 11 radələrində sərnişin avtobuslarının birində şəhər sakini P.Bayramlının çantasından içərisində pul və bank kartları olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.