Astara şəhər sakini H.Ağayevdən 833 qrama yaxın metamfetamin və 776 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür
11.12.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini H.Ağayev rayon ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 833 qrama yaxın metamfetamin və 776 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.