Saatlı rayon sakini Z.Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
11.12.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev Qaradağ rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqrama yaxın heroin, 186 qramdan artıq metamfetamin, yaşadığı Sahil qəsəbəsindəki evə baxış zamanı isə oradan 560 qram heroin, 1000 ədəd metadon, 200 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.