Samux rayonunun Qarabağlar kənd sakini S.Allahverdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngi, 5 ədəd patron və patrondaş aşkar edilərək götürülmüşdür
11.12.2020Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağlar kənd sakini S.Allahverdiyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi, 5 ədəd patron və patrondaş (qatar) aşkar edilərək götürülmüşdür.
S.Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) maddəsi ilə protokol tərtib edilmişdir.