Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.12.2020Dekabrın 11-də saat 19 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Ağdam rayon sakini V.Allahverdiyev idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Əliyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.