Gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır
13.11.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.