Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində “Hyundai” markalı avtomobil aşmışdır
13.11.2020Noyabrın 13-də saat 14 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Ağdam rayon sakini İ.Hümbətov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmışdır. İ.Hümbətovun sərnişinləri bacısı Ayulduz, bacısı oğlu Rabil İsmayılov və baldızı Zemfira Mehdiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.