Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılmışdır
13.11.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür.