Gəncə şəhər sakini T.Əliyev saxlanılmış, ondan metamfetamin və marixuana götürülmüşdür
13.11.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2,494 qram metamfetamin və 445 qram marixuana götürülmüşdür.