Tərtər rayonunun Dördyol-1 qəsəbəsi ərazisində “Mercedes” markalı mikroavtobusla “Mercedes” və “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur
13.11.2020Noyabrın 13-də saat 19 radələrində Tərtər rayonunun Dördyol-1 qəsəbəsi ərazisində Ağdam rayon sakinləri X.İsrafilzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla E.Qarayevin idarə etdiyi “Mercedes” və Bərdə rayon sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur. T.Cəfərov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölmüş, X.İsrafilzadə isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.