Gəncə şəhər sakini Ə.Həsənovanın evinə girərək anasını döyüb pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
13.11.2020Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də şəhər sakini Ə.Həsənovanın evinə girərək anasını döyüb pul tələb etməkdə şübhəli bilinən şəhər sakini V.Ələsgərov saxlanılmış, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanmışdır.