Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şərur rayon sakini Əli Zeynalovu öldürməkdə şübhəli bilinən İmişli rayon sakini E.Rəhimli saxlanılmışdır

10.11.2020

Noyabrın 10-da Nərimanov rayonu Ə.Qayıbov küçəsindən Şərur rayon sakini Əli Zeynalovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və hadsiənin münaqişə zəminində törədilməsi müəyyən edilmişdir.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 17-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İmişli rayon sakini E.Rəhimli saxlanılmışdır.
Araşdırma aparılır.

10.11.2020 tarixinə olan kriminal məlumatlar