Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini C.Kələntərli saxlanılmışdır
10.11.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini C.Kələntərli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qrama yaxın metamfetamin, Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayədə yaşadığı evdən isə 256 qramdan artıq heroin, 82 qramdan artıq metamfetamin, 4 qram metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.