Səbail rayonunun Neftçilər prospektində “KİA” markalı avtomobillə Tovuz rayon sakini M.Alıyeva və nəvəsi vurulmuşlar
10.11.2020Noyabrın 10-da saat 21 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın ölmüş, nəvəsinin vəziyyəti qənaətbəxşdir.
Səbail RPİ tərəfindən araşdırma aparılır.