Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən T.Muradxanova vurulmuşdur
10.11.2020Noyabrın 10-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini İ.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Təranə Muradxanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.