Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.11.2020Noyabrın 10-da saat 18 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırmışdır. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü ölmüş, 3 sərnişinin vəziyyətləri qənaətbəxşdir.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.