Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə Ağdam rayon sakini M.Salmanovun ayaqlarına xəsarət yetirmiş həmyerlisi M.Mehdiyev saxlanılmışdır

10.11.2020

Ağdam RPŞ-yə noyabrın 10-da Alıbəyli qəsəbə sakini M.Salmanovun yaşadığı evin həyətinə gəlmiş həmyerlisi M.Mehdiyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə onun ayaqlarına xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mehdiyev saxlanılmış, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə  cinayət işi başlanmışdır.

10.11.2020 tarixinə olan kriminal məlumatlar