Soyğunçuluq etməkdə şübhəli bilinən Şəmkir rayonunun Seyfəli kənd sakini A.Əliyev saxlanılmışdır
09.11.2020Noyabrın 9-da Şəmkir şəhəri ərazisində bir nəfər Qaracəmirli kənd sakini S.Uğurlayevaya zor tətbiq edib qızıl boyunbağısını almışdır.
Həmin şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı və operativliyi nəticəsində saxlanılaraq Şəmkir RPŞ-yə təhvil verilmişdir. Araşdırmalarla soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Seyfəli kənd sakini A.Əliyev olması müəyyən edilmişdir.
Araşdırma aparılır.