Tərtər rayonunun Buruc kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2020Noyabrın 9-da saat 13 radələrində Tərtər rayonunun Buruc kəndi ərazisində Şıxarx qəsəbə sakini P.Tağızadənin idarə etdiyi “Daiman” markalı avtomobillə Hacıqərvənd kənd sakini Ramin Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Məmmədov və sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.