Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.İbrahimov və Q.Sadıqov avtomobillə birgə saxlanılmışlar
09.11.2020Noyabrın 9-da Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Həsənzadə noyabrın 1-də A.M.Şərifzadə küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
H.Z.Tağıyev qəsəbəsi ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.İbrahimov və əvvəllər məhkum olunmuş Q.Sadıqov avtomobillə birgə saxlanılmış və Sumqayıt ŞPİ-yə təhvil verilmişlər.
Araşdırma aparılır.