Tərtər rayonunun Köçərli kənd sakini Qafqaz İmanov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür
09.11.2020Noyabrın 9-da saat 6 radələrində Tərtər rayonu ərazisində Qapanlı kənd sakini Z.Quliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Köçərli kənd sakini Qafqaz İmanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.