Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.10.2020Oktyabrın 4-də saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini R.Göyüşov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə R.Göyüşovun sərnişini, həyat yoldaşı Xanım aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.