Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirinbəy kənd sakini E.Abdullayev saxlanılmışdır
04.10.2020Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirinbəy kənd sakini E.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın marixuana və 7500 manat saxta əskinas aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerliləri C.Rzayev və əvvəllər məhkum olunmuş M.Şamşikov da müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı C.Rzayevdən 43 qrama yaxın marixuana götürülmüşdür.
Polis əməkdaşları tərəfindən E.Abdullayevin kəndin ərazisində yerləşən kollektorda gizlətdiyi 405 qram marixuana da götürülmüşdür.Araşdırmalarla C.Rzayevin və E.Abdullayevin saxta əskinasları Sumqayıt şəhər sakinləri R.Əliyev və əvvəllər məhkum olunmuş P.Səmədovla 1 kiloqram 608 qram marixuana müqabilində dəyişdikləri müəyyən edilmiş və görülmüş tədbirlərlə onlar da saxlanılmışlar. Şəxsi axtarış zamanı P.Səmədovdan 2 ədəd bıçaq, R.Əliyevə məxus “VAZ-21144” markalı avtomobildən isə 10 qramdan artıq marixuana, 3 ədəd bıçaq və 1 ədəd dəyənək aşkar edilərək götürülmüşdür.