Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnmiş YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü O.Məmmədov saxlanılmışdır
04.10.2020Oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Məmmədov saxlanılmışdır.