Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini İ.Məhərrəmov Qaradağ rayonu ərazisində saxlanılmışdır

04.10.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini İ.Məhərrəmov Qaradağ rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın marixuana aşkar edilmişdir.

Onun idarə etdiyi “Mercedes” markalı avtomobildən isə əlavə olaraq 46 qramdan artıq marixuana, 3 qrama yaxın heroin, həmçinin  lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng,  2 ədəd patron aşkar edilərək götürülmüşdür.