Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini S.Məmmədov zərərsizləşdirilərək saxlanılmışdır

17.08.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında avqustun 17-də saat 3 radələrində Şahağacı kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılarkən o, polis əməkdaşlarına müqavimət göstərmiş və onlardan birinə bıçaqla xəsarət yetirmişdir. Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs zərərsizləşdirilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə S.Məmmədovun idarə etdiyi “Lada” markalı avtomobilə baxış zamanı isə əlavə 230 qrama yaxın heroin, 59 qramdan artıq metamfetamin və 2 ədəd bıçaq da aşkar edilərək götürülmüşdür.Xəsarət almış polis əməkdaşı Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.Faktla əlaqədar Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120 (adam öldürməyə cəhd) və  234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.Məhkəmənin qərarı ilə S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilmişdir.