Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
17.08.2020Avqustun 17-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədovun idarə etdiyi “Dong Feng” və şəhər sakini Ə.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Əhmədov hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.