Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini S.Məmmədov zərərsizləşdirilərək saxlanılmışdır
17.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında avqustun 17-də saat 3 radələrində Şahağacı kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılarkən o, polis əməkdaşlarına müqavimət göstərmiş və onlardan birinə bıçaqla xəsarət yetirmişdir. Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs zərərsizləşdirilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə S.Məmmədovun idarə etdiyi “Lada” markalı avtomobilə baxış zamanı isə əlavə 230 qrama yaxın heroin, 59 qramdan artıq metamfetamin və 2 ədəd bıçaq da aşkar edilərək götürülmüşdür.Xəsarət almış polis əməkdaşı Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.Faktla əlaqədar Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120 (adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.Məhkəmənin qərarı ilə S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilmişdir.