Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini S.Quliyeva müəyyən edilərək saxlanılmışdır

17.08.2020

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə avqustun 12-də R.Behbudov küçəsində yerləşən tibb mərkəzində həkim işləyən Ü.Hüseynovanın içərisində 2021 manat olan pulqabısının oğurlanması barədə müraciət daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva müəyyən edilərək saxlanılmışdır.Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilmişdir.