Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılmışdır
17.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qram, idarə etdiyi “Renault” markalı avtomobilinə baxış zamanı isə 1 kiloqram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.