Oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir
14.08.2020Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15850 manat, 10000 ABŞ dolları və 15500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.