Sabirabad rayonu ərazisində Ş.Xəlilov və R.İsmayılov tərəfindən yetişdirilmiş çətənə kolları və 1,9 kiloqrama yaxın marixuana götürülmüşdür
14.08.2020Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Əlicanlı kəndi ərazisində kənd sakinləri Ş.Xəlilov və əvvəllər məhkum olunmuş R.İsmayılov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu və 1,9 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.