Oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin soyğunçuluq etməsi də müəyyən edilmişdir
14.08.2020Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini A.Ağayevanın 50 manat pulunu dələduzluq yolu ilə deyil soyğunçuluq yolu ilə alması, habelə bir evdən 120 metr elektrik naqili, bir mağazadan isə 60 manat pul, noutbuk, çantalar və qələmlər oğurlaması da müəyyən edilmişdir.