Gəncə şəhəri Nizami prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir
14.08.2020Avqustun 12-də saat 23 radələrində Gəncə şəhərinin Nizami prospektində Gülüstan qəsəbə sakini E.Allahverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi avtomobil toqquşmuşdur. Nəticədə xəsarət almış E.Allahverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini V.Mürsəlova müəyyən edilərək saxlanılmışdır.