Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goran qəsəbə sakini Gülbuta İmanovanı odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirməkdə şübhəlibilinən Qazançı kənd sakini Q.Zamanov tutulmuşdur

05.08.2020

Goranboy Rayon Polis Şöbəsinə avqustun 5-də saat 23 radələrində Goran qəsəbə sakini Gülbuta İmanovanın odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cinayətin Qazançı kənd sakini Q.Zamanov tərəfindən münaqişə zəminində ov tüfəngindən atəş açılaraq törədilməsi müəyyən edilmişdir.

Əməliyyat –axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Q.Zamanov tutulmuş, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-32” markalı ov tüfəngi götürülmüşdür.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

05.08.2020 tarixinə olan kriminal məlumatlar