Quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, İ.Məmmədli və Z.Hüseynzadə saxlanılmışlar
05.08.2020Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tətrəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılmışlar.Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.