Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinərək saxlanılmış Füzuli rayon sakini İ.Aslanovdan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür
05.08.2020Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-nə keçən gecə Liman şəhəri ərazisindən şəhər sakini Ə.Məstiyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tətrəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İ.Aslanov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə avtomobil Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynlinin yaşadığı evin həyətində sökülmüş vəziyyətdə tapılmış, polis əməkdaşları tərəfindən V.Hüseynli ilə birgə Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir.
Araşdirma aparılır.