Avtomobillərdən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.İsgəndərov saxlanılmışdır
05.08.2020Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Lökbatan qəsəbəsi ərazisində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.İsgəndərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılmış tədbirləri ilə onun daha 6 avtomobildən ümumilikdə 6 mobil telefon oğurlaması da müəyyən edilmişdir.