Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2020İyulun 30-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.