Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini K.İlyasov saxlanılmışdır
30.07.2020Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki kafelərin birindən 15 000 manat dəyərində 5 ədəd televizor, spirtli içki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.İlyasov saxlanılmışdır.