Ağdaş rayonunun Qəsil kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2020İyulun 30-da saat 17 radələrində Ağdaş rayonunun Qəsil kəndi ərazisində Bulaqotağı kənd sakini S.Qafarovun idarə etdiyi “VAZ-2103” və Göyçay rayon sakini H.Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə H.Hüseynovun sərnişini Siyavuş Qafarov hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.