Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2020İyulun 30-da saat 19 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində şəhər sakini Mehdi Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı rayon sakini C.Əliyevin idarə etdiyi “Belarus” markalı traktor toqquşmuşdur.
Nəticədə hər iki sürücü, habelə M.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. M.Əliyev orada ölmüşdür.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.