Stansiya Sumqayıt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2020İyulun 30-da saat 18 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini M.Paşayev idarə etdiyi “ZİL” markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Rüstəmov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.