Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini C.Hüseynov saxlanılmışdır
21.07.2020İyulun 20-də saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanmışdır.