Oğurluqda şübhəli bilinən Sumqayıt sakinləri T.Şahverənli, A.Rəhimov və N.Əliyev saxlanılmışlar
21.07.2020Baş Cinayət Axtarışı İdarəsi və Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki köşklərin birinin qarşısındakı soyuducudan 86 ədəd dondurma və bir mağazadan tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş T.Şahverənli, A.Rəhimov və N.Əliyev saxlanılmışlar.